İtaliya çempionu "Yuventus" ilk transferini reallaşdırıb. Fanat.az хəbər verir ki, Turin klubu argentinalı forvard Paulo Dibalanı heyətinə qatıb.
Klubdan verilən açıqlamada bildirilir ki, 21 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanılıb. "Palermo"dan transfer olunan Dibala üçün 32 milyon avro ödənilib. Müqavilə şərtlərinə əsasən argentinalı istənilən performansı sərgiləsə, Turin klubu daha 8 milyon avro ödəyəcək.
Qeyd edək ki, Paulo Dibala başa çatan mövsümdə 33 A Seriyası matçına çıхıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. O, 2012-ci ildə Argentinanın "İnstituto" klubundan "Palermo"ya keçib.
Fanat.az