"Muarem Muaremin transferindən imtina etdik. Bunun səbəbi isə "Qarabağ"ın futbolçuya görə istədiyi pulun miqdarının azaltmaması oldu". Fanat.az xəbər verir ki, bu sözləri qafqazinfo.az-a açıqlamasında "Eskişəhərspor"un vitse-prezidenti Ahmet Yalçın deyib.
Klub rəsmisi "Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremi yayda transfer etmək istədiklərini bildirib: "Yayda Muaremi transfer edəcəyik. İnanıram ki, müqaviləsi bitəndən sonra o bura gələcək və bizə kömək edəcək. Hazırda isə bu məsələ ilə bağlı danışıqlar dayandırıldı".
Fanat.az