"Xəzər Lənkəran"ın supertransferi rəsmiləşdi: Elias...

"Xəzər Lənkəran"ın supertransferi rəsmiləşdi: Elias...
"Xəzər Lənkəran" növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, Lənkəran klubu braziliyalı yarımmüdafiəçi Eliasın transferini rəsmiləşdirib. Tərəflər arasında 1.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, tam adı Elias Ribeyro de Oliveyra olan 30 yaşlı yarımmüdafiəçinin son iş yeri "Ponte Preta" klubu olub. "Atletiko Paranaense"yə məxsus olan, "Ponte Preta"da icarə əsasında çıxış edən Elias 18 oyunda 3 qola imza atıb. "Xəzər Lənkəran"ın yeni transferi əvvəllər Braziliyanın "Bahya", "Fluminense", "Atletiko Qoyanyense", "Fiqueyrense", "Atletiko Paranaense" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl Ayn" klubunda forma geyinib. 2012-ci ildə Elias Türkiyənin "Beşiktaş" klubunun maraq dairəsinə düşüb. Futbolçu izləmək üçün Braziliyaya gedən çalışdırıcı onu bəyənib. Lakin sonradan keçid baş tutmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər