"Xəzər Lənkəran"dan səssiz transfer

"Xəzər Lənkəran"dan səssiz transfer
"Xəzər Lənkəran" növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, Lənkəran klubu İlqar Ələkbərovu heyətinə qatıb.
Onunla 1 illik müqavilə imzalanıb. 39 nömrəli formanı geyinəcək futbolçunun adı "Simurq"la matçın heyətinə salınsa da, ehtiyatda qalıb.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan 20 yaşlı müdafiəçi 2012-2014-cü illərdə "İnter"də çıxış edib. Kaxaber Tsxadadze bu mövüm onun adını Avroliqanın sifariş ərizəsinə salsa da, meydana buraxmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər