"Xəzər Lənkəran" növbəti transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, Lənkəran klubu Aleksandr Şemonayevlə müqavilə bağlayıb.
"Xəzər Lənkəran"ın bu gün Vaqif Cavadov və ya Rauf Əliyevdən biri ilə müqavilə bağlayacağı gözlənilirdi. Lakin lənkəranlılar AZAL-dan ayrılan Aleksandr Şemonayevi heyətə qatıb. Onun bir illik müqavilə bağlanılıb.
Şemonayev "Xəzər Lənkəran"dan əvvəl "Simurq"la danışıqlar aparmışdı. O, hətta klubun prezidenti Anar Bəkirovla görüşərək müqaviləni razılaşdırmışdı. Lakin müdafiəçi bu gün fikrini dəyişərək Lənkəran klubuna üz tutub.
Qeyd edək ki, ötən yay "Simurq"dan ayrılıb AZAL-a üz tutan 29 yaşlı müdafiəçi 30 rəsmi oyunda 1 qola imza atıb.
Fanat.az