Transfer çalışmalarını davam etdirən “Xəzər Lənkəran” daha bir futbolçu ilə müqavilə bağlayır. Fanat.az xəbər verir ki, baş məşqçi Mustafa Dənizli baxışda olan Deyan Blajevskini bəyənib və komandada saxlanılmasını istəyib.
Deyan Blajevskinin son iş yeri Makedoniyanın "Turnovo" klubu olub. 28 yaşlı cinah yarımmüdafiəçisi 2012-ci ildən çıxış etdiyi 58 oyun keçirib və 40 qol vurub. O, əvvəllər Makedoniyanın "Pelister", Yunanıstanın isə "Aqrotikos", "Veriya" və "Pierikos" klublarında çıxış edib. 2012-ci ildən çağırıldığı yığmada 2 oyuna çıxıb və 1 qol vurub. "Transfermarkt" ona 700 min avro qiymət qoyub.
Qeyd edək ki, "Xəzər Lənkəran" bundan əvvəl Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqonu transfer edib.
Fanat.az