Eliasın "Xəzər Lənkəran"a keçidi baş tutmayıb. Fanat.az xəbər verir ki, buna səbəb braziliyalı futbolçunun fantastik şərtlər irəli sürməsi olub. Buna görə də Lənkəran klubu transferdən vaz keçib.
Qeyd edək ki, tam adı Elias Ribeyro de Oliveyra olan 30 yaşlı yarımmüdafiəçinin son iş yeri "Ponte Preta" klubu olub. "Atletiko Paranaense"yə məxsus olan, "Ponte Preta"da icarə əsasında çıxış edən Elias 18 oyunda 3 qola imza atıb. "Xəzər Lənkəran"ın istədiyi futbolçu əvvəllər Braziliyanın "Bahya", "Fluminense", "Atletiko Qoyanyense", "Fiqueyrense", "Atletiko Paranaense" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl Ayn" klubunda forma geyinib. 2012-ci ildə Elias Türkiyənin "Beşiktaş" klubunun maraq dairəsinə düşüb. Futbolçu izləmək üçün Braziliyaya gedən çalışdırıcı onu bəyənib. Lakin sonradan keçid baş tutmayıb.
Fanat.az