"Xəzər Lənkəran" 6 transferi birdən açıqladı

"Xəzər Lənkəran" 6 transferi birdən açıqladı
Rəşad Sadiqovdan sonra heyətinə 6 futbolçu qatan "Xəzər Lənkəran" bu transferlərlə bağlı rəsmi saytı vasitəsi ilə açıqlama yaymamışdı. Fanat.az xəbər verir ki, Lənkəran klubu gözlənilən açıqlamanı bu gün yayımlayıb:
Fernando Qabriel Vuqado Ribeyro
Təvəllüd: 11 may 1988
Ölkə: Braziliya
 
Ölkəsinin “Moqi Mirim”, “Fiqeyrense”, “Braqantino” komandalarında çıxış edib, son iki mövsümü isə “Parana” klubunun heyətində keçirib. Hücumameyilli yarımmüdafiəçi kimi mərkəz və cinahda oynayır. “Xəzər Lənkəran”la futbolçu arasından bir il müddətinə müqavilə imzalanıb.
 
Qalin Stefanov İvanov
Təvəllüd: 15 aprel 1988
Ölkə: Bolqarıstan
 
“Levski" klubunun yetirməsi olan İvanov yeniyetməlik dövründən oyunu ilə özünə diqqət cəlb edib. 2008-ci ildən son mövsümə qədər “Slavia Sofia”nın formasını geyinmiş cinah yarımmüdafiəçisi son iki mövsümdə komandasının əsas oyunçularından olmaqla 50-dən çox oyundan meydanda olub və 16 qol vurub. Futbolçu klubula bir il müddətinə sözləşməyə imza atıb.
Alfred Sanko
Təvəllüd:  22 oktyabr 1988
Ölkə: Sierra Leone
 
Peşəkar karyerasına Norveçin “Ullen” komandasında başlayan Alfred 20 yaşında bu ölkənin aparıcı komandalarından olan “Stromsqodset”in heyətinə keçib. Bu klubda 4 il çıxış etdikdən sonra Türkiyənin “Şanlıurfaspor” klubu ilə anlaşıb və növbəti iki mövsüm ərzində türk klubunun əsas oyunçularından biri olub. Dayaq yarımmüdafiəçisi olan Sanko Syerra Leone milli komandasının üzvüdür. Alfred Sanko “Xəzər Lənkəran” arasında iki illik müqavilə imzalanıb.
 
Rauf Əliyev
Təvəllüd: 12 fevral 1989
 
Karyerasına “Qarabağ” klubunda başlamış Rauf Əliyev son mövsümü “Bakı” klubunun heyətində keçirib. 2010-cu ildə milli komandanın şərəfini qoruyur, hal-hazırda yığmanın əsas hucumçusudu. Rauf Əliyevlə klub arasında iki il müddətinə müqavilə imzalanıb.
 
Əfran İsmayılov
Təvəllüd: 8 oktyabr 1988
 
Raufla bir yerdə “Qarabağ”da peşəkar keryeraya başlamış Əfran da ötən mövsümü paytaxtın "Bakı" klubunda keçirib. Azərbaycan millisinin yarımmüdafiəçisi ilə “Xəzər Lənkəran” arasında iki illik müqavilə bağlanıb.
 
Aleksandr Şemonayev
Təvəllüd: 1 aprel 1985
 
Ötən mövsüm AZAL-ın heyətində çıxış etmiş sol cinah müdafiəçisi daha əvvəl “Simurq” və “Abşeron” komandaların formasını geyinib. Futbolçu ilə bir il müddətinə müqavilə bağlanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər