"Türkiyədən futbolçu transfer etməyi..."

"Türkiyədən futbolçu transfer etməyi..."
"Azərbaycan çempionatında yüksək səviyyəli bir neçə komanda var. Yaxşı çempionatdı, çox yaxşı futbolçular var. Müqayisə etsək, Türkiyə Super Liqasında oynaya biləcək səviyyədə oyunçular var. Milli komandada oynayan futbolçular bu ölkədə top qovur. Slovakiya, Estoniya və başqa yığmalarda tiop qovmuş oyunçular Azərbaycandadı". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar deyib.
Doğan Xəbər Agentliyinə danışan türk mütəxəssis "Mustafa Dənizli ilə eyni çempionatda çalışmaq hansı hissləri yaradır" sualına belə cavab verib: "Onunla Türkiyədə də bərabər çalışırdıq. Bura ikinci vətənimizdi. Elə də çox görüşmürük. O bir az uzaqdadı, yəni 2-3 saatlıq yol var. Matçlar bir az azalsın, daha çox görüşəcəyik".
Kurtar Premyer Liqada futbolçuların aldığı maaşdan da danışıb: "5-6 komandada futbolçuların maaşı çox yaxzşıdı. Yəni bizim bəzi klublarda verilən maaşa yaxındı. Həmin məvacibi alan futbolçular burda da var. Amma ümumilikdə PTT 1-ci liqa ilə Super Liqa arasında maaş alırlar".
Türk mütəxəssis Bakını tərifləyib: "Bakı çox gözəl şəhərdi. Çox çalışdığımız üçün gəzməyə o qədər də vaxtımız olmadı. Amma gözəl restoranlar və kafelər var. Bu səbəbdən buraya gələn futbolçular uyğunlaşma ilə bağlı çox çətinlik çəkmir".
Kurtar hələlik Türkiyədə futbolçu transfer etmək barədə düşünmədiyini bildirib: "Hazırda belə bir düşüncəm yoxdu. Mövcud heyətlə nə edə bilərik, onu düşünürəm. Kubokda yarımfinala çıxmışıq. "Neftçi" kimi güclü və səviyyəli bir komanda ilə oynayacağıq. Hazırda transfer haqqında fikirləşmirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər