"Simurq"dan daha bir transfer

"Simurq"dan daha bir transfer

Transfer çalışmalarını davam etdirən "Simurq" daha bir futbolçunu heyətinə qatır. Fanat.az xəbər verir ki, Zaqatala klubunun baş məşqçi Georgi Çixradze baxışda olan İdan Vaytsmanı bəyənib. İsrailli futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Vaytsman son iş yeri “Bney Saknin” klubu olub. O, 2011-ci ildən çıxış etdiyi komandada 79 oyuna çıxıb və 2 qol vurub. 28 yaşlı yarımmüdafiəçi əvvəllər Arke, Nazaret İllit və Hayfa şəhərlərinin “Hayfa” klublarında, həmçinin “Hakoah” (Amidar Ramat Qan) və “Aşdod”da çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər