Yeni mövsümə hazırlaşan "Simurq" heyətinə daha bir futbolçu cəlb edib. Fanat.az xəbər verir ki, Zaqatala klubu serbiyalı yarımmüdafiəçi Marko Stanoyeviçlə rəsmi müqavilə bağlayıb.
Moldaviyanın "Şerif" klubundan icarəyə götürülən 26 yaşlı Marko "Simurq"un Avstriya hazırlığında da iştirak etmişdi. Məşqçilər korpusunun rəğbətini qazanan serbiyalı mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. O, "Simurq"un heyətində "88" nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, Stanoyeviç son iki mövsümdə "Şerif"də çıxış edib. Bu müddətdə 72 oyuna çıxan yarımmüdafiəçi 5 qol vurub. O, əvvəllər Bosniya və Hersoqovinanın "Laktasi", Serbiyanın "Srvena Zvezda" klublarında top qovub.
Fanat.az