"Simurq" Mehdiyevi transfer edir

"Simurq" Mehdiyevi transfer edir
Aleksandr Şemonayevin keçidini həll edə bilməyən "Simurq" növbəti transferini reallaşdırmaq üzrədi. Fanat.az xəbər verir ki, Zaqatala klubu Ayaz Mehdiyevi heyətinə qatmaq üzrədi.
Məlumata görə, "Simurq" Ayazla razılıq əldə edib. İndi futbolçunun müqavilə ilə məxsus olduğu "Rəvan"la danışıqlar gedir. Tərəflər artıq anlaşmaq üzrədi. Böyük ehtimalla Mehdiyev "Simurq"a icarəyə veriləcək.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Rəvan"ın heyətində 21 oyuna çıxıb və 1436 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər