"Simurq" ilk transferini rəsmiləşdirdi

"Simurq" ilk transferini rəsmiləşdirdi
Ötən mövsüm "Simurq"un heyətində icarə əsasında forma geyinən Murad Səttarlı artıq rəsmən Zaqatala təmsilçisinin futbolçusudu. Fanat.az xəbər verir ki, futbolçu bu gün 1,5 illik müqavilə imzalayıb. Murad "Simurq"un heyətində 21 nömrəli forma ilə çıxış edəcək. 
Qeyd edək ki, Səttarlı 2012/13-cü il mövsümündə Zaqatala klubunun heyətində 30 rəsmi qarşılaşmada iki dəfə rəqib qapıçılarını məyus etmişdi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər