"Simurq" heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, Zaqatala klubu Antalyadakı qış təlim-məşq toplanışında baxışdan uğurla keçən Benjamin Lambotla 1+1 sistemli müqavilə imzalayıb.
Belçikalı yarımmüdafiəçi bu gün Zaqatala təmsilçisi ilə rəsmi müqaviləyə imza atıb. 26 yaşlı futbolçu komandanın heyətində 19 nömrəli forma geyinəcək.
Qeyd edək ki, Lambotun son iş yeri Belçikanın "Lyerse" klubu olub. O, 2012-ci ildən çıxış etdiyi komandada 42 oyun keçirib. 26 yaşlı yarımmüdafiəçi əvvəllər Belçikanın "Tubize" (2001-2009, 79 oyun, 9 qol), "Ekselsior" (2010, 12 oyun) və "Antverp" (2009-2012, 85 oyun, 7 qol) klublarında çıxış edib. Məşhur "Transfermarkt" saytı ona 650 min avro qiymət qoyub.
Fanat.az