"Rəvan"ın düşərgəsinə yeni futbolçu gəlib. Fanat.az xəbər verir ki, braziliyalı Tyaqo Mirasema hazırda Bakıdadı. "Rəvan" onunla yaxın günlərdə müqavilə bağlayacaq.
Qeyd edək ki, tam adı Tyiaqo de Souza Bezerra olan futbolçu 1987-ci ilin 8 dekabrında Braziliyanın Mirasema do Tokantins şəhərində dünyaya gəlib və buna görə də özünə Mirasema ləqəbi götürüb. Onun son iş yeri Braziliyanın "Braqantino" klubu olub. Tyaqo ötən ilin sonlarında bu komandada 2 oyun keçirib. 2009-cu ildə Braziliyanın "Sampaio" klubu ilə müqavilə bağlayan (13 oyun, 3 qol) 2010-da vətənində "Vila Nova" (3 oyun), 2011-də "San Jose" (10 oyun, 1 qol), 2011-2012-də Bolqarıstanın "Liteks" (26 oyun, 5 qol), 2013-də "Montana" (10 oyun) klublarına icarəyə verilib.
Fanat.az