"Rəvan"da yeni transfer

"Rəvan"da yeni transfer

Transfer çalışmalarını davam etdirən "Rəvan” heyəti gücləndirmək yolunda yeni addım atıb. Fanat.az xəbər verir ki, Bayıl təmsilçisi daha 2 futbolçu ilə güclənib. 

"Rəvan” Əziz Quliyev və Sohib Savankulovla anlaşıb. Son klubu "Bakı” olan Əzizlə bir, Tacikistan yığmasının üzvü Sohiblə isə iki illik rəsmi müqavilə imzalanıb. Düşənbə "İstiqlal”ından gələn Savankulovun son vaxtlar müntəzəm çağırıldığı yığmada 31 oyunda meydana çıxdığını və 1 qol vurduğunu da əlavə edək. 

Adıçəkilən futbolçular bu gün "İnter”lə keçiriləcək oyunda meydana çıxa bilərlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər