"Rəvan" Kamal Bayramovla Ayaz Mehdiyevin transfer vərəqini verib. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına Kamal özü məlumat verib.
Bir neçə günlük Bakıya dönən qolkiper "Rəvan"la problemini həll edib: "Transfer vərəqim "Giresunspor"a verilib. Heç bir problem yoxdu. Mən Kartəpədə komandaya qoşulacam. İnşallah, gözəl mövsüm keçirərik".
Kamalla bərabər Ayaz Mehdiyev də Bakıya qayıdıb və "Rəvan"la problemini həll edib.
Qeyd edək ki, "Rəvan" bu futbolçulardan 15 min manat tələb edirdi.
Fanat.az