"Rəvan" bombardiri transfer edir

"Rəvan" bombardiri transfer edir
I divizionda çıxış edən "Rəvan" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, baş məşqçi Ramil Əliyev baxışdan keçirdiyi futbolçularla bağlı qərar verib.
Baş məşqçi ötən mövsüm "Karvan"da çıxış edən və 25 qolla I divizionun bombardiri olan Əli Bağırovu, Yevlax klubunun digər üzvü Bəxtiyar Mehrəliyevi, son klubu "Simurq" olan Rövşən Əmiraslanovu, "Neftçala"dan qapıçı Tural Abbaszadə və "Araz Naxçıvan"dan Elgün Abbaslını bəyənib. Əliyev artıq bu futbolçuların adını rəhbərliyə təqdim edib. Onlarla yaxın günlərdə müqavilə imzalanacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər