"Rəvan" 5 transferi rəsmiləşdirdi

"Rəvan" 5 transferi rəsmiləşdirdi
Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlaşan "Rəvan" heyətini 5 futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, Bakı klubu legionerlərlə rəsmi müqavilə bağlayıb. 
Bunlar braziliyalılar - yarımmüdafiəçi Tyaqo Mirasema və müdafiəçi Julio Sezar, sloveniyalı müdafiəçi Mitya Moriç, bosniyalı müdafiəçi Boyan Markoviç və nigeriyalı hücumçu Oke Akpovetadı. Legionerlərin hamısı ilə 1,5 illik müqavilə imzalanıb. 
Tyaqo Mirasema  (Smpayo-Korrea, Braziliya), Julio Sezar (Sentral, Braziliya) və Mitya Moriçlə (Kaysar, Qazaxıstan) bağlı bundan əvvəl məlumat vermişdik. Digər iki futbolçuya gəlincə, Boyan Markoviçin son iş yeri İsrail "Hapoel" (Beer Şeva) klubu olub. 28 yaşlı mərkəz müdafiəçisi 2012-ci ildən çıxış etdiyi klubda 35 oyun keçirib və 1 qol vurub. Markoviç əvvəllər Bosniya və Hersoqovinanın "Rudar", "Çelik", "Borats", Rusiyanın "Spartak" və Yunanıstanın "Panserraikos" klublarında top qovub. Müdafiəçi Bosniya və Hersoqovinanın U-21 yığmasında da çıxış edib.
Oke Akpoveta 2011-ci ildən Danimarkanın "Bröndbü" klubunda çıxış edir. 22 yaşlı hücumçu 24 oyun keçirib. Bundan əvvəl isə Nigeriyanın "Varri Volves" klubunda forma geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər