Enerji içkisi "Redbull" Premyer Liqa klubunu satın almaq istəyir. Fanat.Az xəbər verir ki, məşhur şirkət "Vest Hem"ə elçi düşüb.
Avstriyanın "Zalsburq" və Almaniyanın "Leypziq" futbol klublarını satın alan "Redbull" "Vest Hem"in yeni arenası London Olimpiya stadionunda istifadə edərək reklamını artırmaq niyyətindədi.
Amma bu məsələdə bir əngəl var. Belə ki, "Redbull" Çempionlar Liqası və ya Avropa Liqasına gedən bir kluba sponsorluq edə bilər. Bu səbəbdən şirkət sadəcə klubun ad hüququnu ala bilər.
Fanat.Az