"Bavariya" qış transfer pəncərəsi dövründə heyətinə yeni oyunçu qatmayacaq. Fanat.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Karl-Haynts Rummenigge məlumat verib.
Rummenigge Bastian Şvaynştayger, Klaudio Pizarro, Herdan Şaqiri, Holger Badstuber, Xavi Martines, Tiaqo Alkantara və Mario Götzenin zədəli olmasına rəğmən geniş heyətə sahib olduqlarını bildirib: "Möhtəşəm komandamız var. Zədəli futbolçularımızın sağalmasından sonra heç bir mövqedə problemimiz olmayacaq. Heç kim komandadan ayrılmaq istəmir. Bu səbəbdən transfer etməyəcəyik".
Fanat.az