"Mançester Yunayted" transfer siyahısını yenilədi

"Mançester Yunayted" transfer siyahısını yenilədi

Yarımmüdafiə xəttində axtarışlarını davam etdirən "Mançester Yunayted" yeni hədəfini İtaliyada tapıb.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Roma"nın fransalı mərkəz oyunçusu Manu Koneni transfer siyahısına daxil ediblər.

İngiltərə nəhənginin futbolçunun transferi üçün ciddi addımlar atmağa hazırlaşdığı bildirilir.

İtaliya mətbuatından yayılan məlumatlara görə, "Roma" rəhbərliyi gənc yarımmüdafiəçi üçün gələcək rəsmi təklifləri dəyərləndirməyə hazırdır.

Paytaxt klubunun bu transfer üçün təxminən 50 milyon funt-sterlinq civarında bir təklif gözlədiyi iddia olunur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər