"Lids Yunayted"dən pulsuz ulduz transferi

"Lids Yunayted"dən pulsuz ulduz transferi

"Fulhem"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu daşıyan Harri Vilsonun yeni klubu bəlli olub.

Fanat.Az xəbər verir ki, "Lids Yunayted" ulduz vingerin keçidi üçün oyunçu ilə tam razılıq əldə edib.

Uelsli futbolçunun yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə uzunmüddətli rəsmi müqavilə imzalayacağı gözlənilir.

Bu keçid qarşılığında Vilsonun maaşında ciddi artım olacağı və transferin İngiltərə mətbuatında böyük əks-səda doğurduğu bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər