"Kristal Pelas" yanvar ayı üçün transfer hədəflərini müəyyənləşdirdi

"Kristal Pelas" yanvar ayı üçün transfer hədəflərini müəyyənləşdirdi

İngiltərə Premyer Liqasının təmsilçisi "Kristal Pelas" qış transfer pəncərəsi dövründə heyətini gücləndirmək üçün genişmiqyaslı fəaliyyətə başlayıb.

Fanat.Az xəbər verir ki, London klubunun yanvar ayı üçün transfer hədəfləri artıq tam müəyyənləşdirilib.

"Qartallar" müdafiə, yarımmüdafiə və hücum xətlərinə yeni simalar qatmağı planlaşdırır. Siyahıda ilk növbədə Almaniyanın "Bayern Münhen" klubunda çıxış edən Saşa Boeyin adı yer alır. Bundan əlavə, klub rəhbərliyi "Vulverhempton"un mərkəz yarımmüdafiəçisi Joao Qomes və Fransanın "Oser" klubunun istedadlı oyunçusu Kevin Danuani heyətə qatmağı hədəfləyir.

Danışıqların yaxın günlərdə başlanması gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər