"Böyük beşlik" ölkələri transferə nə qədər xərcləyib?

"Böyük beşlik" ölkələri transferə nə qədər xərcləyib?
Avropanın ən böyük 5 liqasının (İspaniya, İngiltərə, Almaniya, İtaliya və Fransa) klubları 2013/14 mövsümünün transfer dönəmində yeni futbolçulara 2.2 milyard dollar xərcləyib. Fanat.az xəbər verir ki, bu eyni dönəmdə dünya transfer bazarında futbolçulara ödənən vəsaitin 66 faizidi. 
FIFA-nın məlumatına görə, 2013-cü il iyunun 1-dən 2014-cü ilin 31 yanvarınadək dünyada transferlərə 3.4 milyard dollar xərclənib. 8 aylıq dönəmdə 2.2 milyard dollar sərf edən 5 ölkə təmsilçiləri yay və qış transfer dövründə dünya üzrə baş tutan 10060 transferdən 3465-nə imza atıb (34 faiz). 
İngiltərə klubları transferlərə 885 milyon dollar xərcləyib. Bu ümumi məbləğin 26 faizidi. İngiltərəni 399 milyon dollarla (12 faiz) Fransa izləyir. İtaliya 363 (11 faiz), İspaniya 337 (10 faiz), Almaniya isə 252 (7 faiz) milyon dollardan keçib. 
İspaniya klubları satdığı futbolçulardan transferlərə xərclədiyindən daha çox qazanc əldə edib. İspanlar iki transfer dönəminldə 497 milyon dollarlıq oyunçu satıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər