"Borussiya" ikinci transferini açıqlayıb. Fanat.az хəbər verir ki, Dortmund klubu II Bundesliqasında çıхış edən "1860 Münhen"dən Julian Veyqli heyətinə qatıb.
Klubdan verilən məlumata görə, 19 yaşlı fxutbolçu ilə 2019-cu ilin 30 iyununa qədər müqavilə imzalanıb. Müqavilənin şərtləri barədə açıqlama verilməyib.
Qeyd edək ki, Almaniyanın U-19 və U-20 yığmalarında forma geyinən Veyql "1860 Münhen"in heyətində 38 oyun keçirib.
"Borussiya" mövsüm bitdikdən sonra "Bayer"dən Qonzalo Kastronu transfer etmişdi.
Fanat.az