"Bəzi futbolçularımız öz səviyyələrindən aşağı oynadılar" - "Tvente"nin baş məşqçisi

"Bəzi futbolçularımız öz səviyyələrindən aşağı oynadılar" - "Tvente"nin baş məşqçisi

"Tvente"nin bəzi futbolçuları "Qarabağ"la matçda öz səviyyələrindən aşağı oynadılar.

Fanat.Az Niderland mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

Mütəxəssis 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb: 

"Mövcud raundda yaxşı rəqiblərlə mübarizə aparırsınız. Bu o deməkdir ki, siz də yaxşı olmalısınız. Bu gün bəzi futbolçularımız öz səviyyələrindən aşağı oynadılar. Amma cavab qarşılaşması üçün ümidim var. Çünki daha yaxşı çıxış edə bilərik". 

Con van den Brom "Qarabağ"ın da yaxşı komanda olduğunu söyləyib: "Onların keyfiyyətlərini gördük. Rəqib yaxşı kollektivdir. Amma məncə, biz daha yaxşı oynaya bilərdik".

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər