İspaniya nəhəngi müdafiə xəttini təcrübəli oyunçu ilə gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, "Barselona" maliyyə çətinlikləri səbəbindən "Benfika"nın 37 yaşlı müdafiəçisi Nikolas Otamendini transfer siyahısına salıb.
İspaniya mətbuatının yaydığı məlumata görə, klubun idman direktoru Deko bu keçidi 1 milyon avrodan baha olmayan məbləğə başa çatdırmağı hədəfləyir.
Bu transfer Kataloniya təmsilçisi üçün qısa müddətli, lakin təcrübəli bir həll yolu kimi qiymətləndirilir.