“Barselona”nın vitse-prezidenti Xavyer Faus transferlərdən danışıb. Fanat.az xəbər verir ki, Kataloniya klubunun prezidenti yay transfer büdcəsini açıqlayıb: "Bu yay biz transferlərə 50-60 milyon avro xərcləyə bilərik".
Qeyd edək ki, “Barselona”nın yayda 3 futbolçu alacağı çoxdan deyilirdi. Komanda qapıçı, mərkəz və sağ cinah müdafiəçisi transfer etməyi düşünür.
Fanat.az