"Barselona" yayda transferə 120 milyon avro xərcləyəcək

"Barselona" yayda transferə 120 milyon avro xərcləyəcək

"Barselona" yay transfer pəncərəsi dövründə transferlərə böyük məbləğdə pul xərcləyəmə hazırdı. Fanat.az xəbər verir ki, bu barədə klubun prezidenti Xosep Mariya Bartomeu məlumat verib:

"Gəlirimiz vergi ödənişlərinə və amortizasiyaya qədər təxminən 120 milyon avro təşkil edir. Adətən biz bu məbləğin yarısını transferlərə xərcləyirik. Lakin bu il biz bütün gəlirimizi yeni oyunçuların alınmasına xərcləyə bilərik".

Katalonlar Viktor Valdes və Karles Puyolun gedişi ilə əlaqədar qapıçı və mərkəz müdafiəçisi mövqeyinə oyunçu axtarırlar. "Barsa"nın yeni qapıçısının "Borussiya"nın (Münhenqladbax) üzvü Mark-Andre ter Şteqen olacağı gözlənilir. Bununla yanaşı, katalonların "Çelsi"nin braziliyalı müdafiəçisi David Luis, "Tottenhem"in holland oyunçusu Yan Vertonqen və "Portu"dan fransız Elyakim Manqalaya maraq göstərdikləri bildirilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər