"Atletiko" növbəti transferini etdi

"Atletiko" növbəti transferini etdi
Madridin "Atletiko" klubu daha bir transfer gerçəkləşdirib.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi Uruqvayın "Danubio" klubunun futbolçusu Xose Maria Ximenesi heyətinə qatıb. 18 yaşlı müdafiəçi ilə beş illik rəsmi müqavilə imzalanıb.
"Atletiko"ya transfer olunduğunu üçün Ximenes özünü xoşbəxt hiss etdiyini deyib: " Matç bitənə qədər mübarizə aparmağı sevirəm. Nə olursa olsun, komanda yoldaşlarımı heç vaxt yarıyolda buraxmayacaq bir xarakterim var".
Qeyd edək ki, futbolçu bu il U-20 Dünya çempionatında Uruqvay millisinin bütün  oyunlarında start heyətdə yer alıb.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər