"Araz"dan 4 yeni transfer

"Araz"dan 4 yeni transfer

“Araz” “Dördlər finalı” öncəsi heyətinə daha 4 yeni futzalçı qatıb. Fanat.az xəbər verir ki, bunlar 2 braziliyalı, italyan və sloveniyalı oyunçulardı.

Yenilərdən ən məşhuru isə Sloveniya yığmasının futzalçısı Kristyan Çuyetsdi. İspaniyanın “Ribera Navarra” klubundan transfer olunan Çuyets bizə yaxşı tanışdır. Belə ki, 25 yaşlı oyunçu yanvarın sonu – fevralın əvvəllərində Belçikada keçirilmiş Avropa çempionatında yığması ilə birgə iştirak edib.

 

Kristyan qrupun İtaliyaya qalib gəldikləri (3:2) və millimizə uduzduqları (6:7) görüşündə fərqlənməyi də bacarıb. Belə ki, Sloveniya yığmasının “5” nömrəsi yanvarın 31-də keçirilmiş oyunda millimizin qapısına 17-ci dəqiqənin 35-ci saniyəsində qol vura bilib. O onda hesabı komandasının xeyrinə 2:1 etmişdi.

 

Qeyd edək ki, “Araz” bu futzalçılardan əvvəl heyətinə Rusiyanın “Dina” klubundan Aleksey Popovu qatmışdı. Əslən ukraynalı olan qapıçı cari mövsümün sonunadək icarəyə götürülüb.

 

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər