"3-4 yeni transfer bəs edər"

"3-4 yeni transfer bəs edər"

Mayın 18-də AZAL-ın baş məşqçisi Tərlan Əhmədov xidmətinə ehtiyac duymadığı oyunçuların adlarını AZAL rəhbərliyinə təqdim edəcək. Fanat.az xəbər verir ki, “təyyarəçilər”bu yay bir neçə transfer reallaşdırmağı hədəfləyib.

Şüvəlan təmsilçisi iyunun ortalarında toplanış keçirmək istəyindədi. Toplanışın birinci mərhələsinin Bakıda keçiriləcəyi nəzərdə tutulub. Əsas hazırlıq mərhələsi isə Türkiyədə baş tutacaq. Əhmədov Fanat.az-a açıqlamasında bunları deyib: “Əlbəttə, rəqabətədavamlı komanda formalaşdırmaq istəyirik. Büdcəmizə uyğun transferlərlə güclənməliyik. Hardasa 3-4 yeni futbolçuya ehtiyac var. Əsas odu ki, seleksiya məsələlərində düzgün seçim edək”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər