Quardioladan əsas rəqibinə atmaca: "Premyer Liqanı tez-tez qazanırıq"

Quardioladan əsas rəqibinə atmaca: "Premyer Liqanı tez-tez qazanırıq"

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola İngiltərə Premyer Liqasında çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, kataloniyalı mütəxəssis bu barədə "şəhərlilər"in rəsmi saytına danışıb: 

"Arsenal" uzun müddətdir ki, İngiltərə Premyer Liqasını qazana bilmir. Bu da komandaya əlavə vaxtda xallar qoparmaq üçün impuls verir. "Topçular"da belə üstünlüyü var, amma bizim yox. Çünki biz son illərdə Premyer Liqanı daha tez-tez qazanırıq".

Xatırladaq ki, "Arsenal" 2004-cü ildən bəri Premyer Liqanın qalibi ola bilməyib. “Topçular” hazırda “Mançester Siti”ni 5 xal qabaqlayır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər