"Çelsi"nin keçmiş baş məşqçisi Qrem Potter başqa bir Premyer Liqa klubunu çalışdırmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə "TalkSport" məlumat yayıb.
İddiaya görə, təcrübəli mütəxəssis "Lester"in təklifini rədd edib.
“Tülkülər” Brendan Rocersin qovulmasından sonra Potterlə anlaşmaqda maraqlı olub. Lakin o, London klubundan ayrıldıqdan dərhal sonra işə qayıtmaq istəməyib və istirahətə ehtiyacı olduğunu bildirib.
"Lester" artıq "Ayntraxt"ın və "Borussiya Münhenqladbax"ın keçmiş baş məşqçisi Addi Hyütterlə anlaşıb.
Mirağa