Qışın ən bahalı 5 yerli transferi - SİYAHI

Qışın ən bahalı 5 yerli transferi - SİYAHI
Topaz Premyer Liqasında qışın ən bahalı 5 yerli futbolçu transferi müəyyənləşib. Fanat.az xəbər verir ki, fasilənin ən bahalı keçidini "Qəbələ" həyata keçirib.
Bölgə klubunun "Bakı"dan transfer etdiyi millimizin qapıçısına "Transfermarkt" 500 min avro qiymət qoyub.
Kamranı Rəşad Abdullayev izləyir. İlk dövrədə icarə əsasında "Rəvan"da çıxış edən millimizin sabiq yarımmüdafiəçisi "Bakı" ilə müqaviləsini pozub AZAL-a anlaşma imzaladı. "Transfermarkt"ın hesablamalarına görə onun dəyəri 300 min avrodu.
Yay transfer pəncərəsinin bağlanmasından sonra qalmaqallı şəkildə "Qəbələ"yə keçən və icarəyə verilən Elnur Allahverdiyev də bahalı transferlər siyahısındadı. "Qəbələ"nin heç bir açıqlama yaymadan gizli şəkildə Lənkəran klubundan transfer etdiyi millinin üzvünə 250 min avro qiymət qoyulub.
Türkiyənin "Tavşanlı Linyitspor" klubundan "Sumqayıt"a dönən Andrey Popoviçlə "Bakı"nın bu kluba icarəyə verdi Rəhman Hacıyevin dəyəri isə 200 min avrodu.

№

Futbolçu

Köhnə klubu

Yeni klubu

Dəyəri (avro)

1

Kamran Ağayev

Bakı

Qəbələ

500.000

2

Rəşad Abdullayev

Bakı

AZAL

300.000

3

Elnur Allahverdiyev

Xəzər L

Qəbələ

250.000

4

Andrey Popoviç

T.Linyitspor

Sumqayıt

200.000

5

Rəhman Hacıyev

Bakı

Sumqayıt (icarə)

200.000

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər