“Qara zolaq”dan çıxıb Premyer Liqada qalacağıq” - Vüqar Əsgərli

“Qara zolaq”dan çıxıb Premyer Liqada qalacağıq” - Vüqar Əsgərli

Azərbaycan Premyer Liqasının XXIII turunda "Şamaxı" səfərdə "Kəpəz"ə 2:3 hesabı ilə uduzub. 

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Şamaxı klubunun baş məşqçisi Vüqar Əsgərli məğlubiyyəti şərh edib: 

“Bilirdik ki, “Kəpəz” bizə qarşı oyuna ciddi hazırlaşıb. Biz də futbolçulara tapşırıqlar vermişdik. Təəsssüf ki, qalib gələ bilmədik. İstəyirdik ki, qalib gəlib aşağı pillələrdən qurtulaq. Gələcəyə baxacağıq. Əvvəl də başlayanda belə “qara zolağ”a düşmüşdük. Sonradan toparlandıq, xallar yığıb yuxarı pillələrə qalxdıq. Futbolçulara inanıram. “Qara zolaq”dan çıxıb, Premyer Liqada qalacağıq. Çox çətin vəziyyətdəyik.

Aşağı pillələrdəki rəqabət stressdir. Oyuna hazırlaşmaq, köklənmək çox çətin olur. Gələcəkdə daha yaxşı “Şamaxı” görmək istəyərdik”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər