İngiltərənin "Nyukasl" klubu "Qalatasaray"ın futbolçusu Harri Rodrigesi transfer edir.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Rafael Benites hollandiyalı futbolçunun qışda alınmasını istəyib.
"Nyukasl" Rodrigesi yayda da istəyir. Amma həmin vaxt ingilislərin 8 milyon avroluq təklifini qəbul etməyən "Qalatasaray" 15 milyon istəmişdi. Məlumata görə, Premyer Liqa klubu qışda bu məbləği ödəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, "Qalatasaray" Rodrigesi 2017-ci ilin yanvarında PAOK-dan 3,5 milyon avroya alıb.
Fanat.Az