"Brayton"un ardından İngiltərə Premyer Liqasına vəsiqə qazanan ikinci komandanın adı məlum olub. Fanat.Az xəbər verir ki, bu uğura "Nyukasl" imza atıb.
Komanda İngiltərə Çempionşipinin XXXIV turunda “Preston”a qalib gəlib. 4:1 hesablı qələbə ilə “sağsağanlar” Premyer Liqaya çıxmağı təmin edib.
Rafael Benitezin komandası hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşsa da, liderlik şansları davam edir.
Qeyd edək ki, ötən mövsüm çempionatı 18-ci pillədə tamamlamış “Nyukasl” aşağı liqaya yuvarlanmışdı.
Fanat.Az