Premyer Liqaya ikinci vəsiqənin sahibi bəlli oldu

Premyer Liqaya ikinci vəsiqənin sahibi bəlli oldu

İngiltərə Premyer Liqasına vəsiqə qazanan ikinci komanda müəyyənləşib.

Fanat.Az xəbər verir ki, “Şeffild Yunayted” Çempionşipdə mövsümün başa çatmasına 2 tur qalmış elitaya vəsiqəni təmin edib.

Sözügedən komanda buna 38-ci turda “Vest Bromviç”i evdə 2:0 hesabıyla məğlub etməklə nail olub.

Bu qələbədən sonra xallarının sayını 85-ə çatdıran Şeffild təmsilçisi, ikinci pilləni təmin edib. 

Daha öncə liderliyi və çempionluğu təmin etmiş “Bernli” də (95 xal) Premyer Liqaya yüksəlmişdi.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər