"Liverpul" bir müddətdi heyətinə qatmağa çalışdığı Sadio Maneni transfer edib. Fanat.az xəbər verir ki, bu barədə klub rəsi açıqlama yayıb.
"Liverpul" "Sautqempton"dan aldığı futbolçunun transfer qiymətini və müqavilənin detallarını açıqlamayıb. Mətbuatın məlumatına görə, bu transfer "qırmızılar"a 41 milyon avroya başa gəlib.
Beləliklə, bu Sadio Mane Endi Karroll və Kristian Bentekedən sonra "Liverpul"un ən bahalı üçüncü transferi olub.

Sadio Mane 2014-cü ildə "Zalsburq"dan "Sautqempton"a 15 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 24 yaşlı futbolçuya 20 milyon avro qiyiət qoyub. Seneqal millisinin üzvü 2015/16 mövsümündə "Sautqempton"un heyətində 43 rəsmi oyuna çıxıb və 15 qol vurub.
Qeyd edək ki, Sadio Mane "Qarabağ"a qarşı iki oyun keçirib. Belə ki, o, 2014/15 mövsümündə Çempionlar Liqasının təsnifat mərhələsində təmsilçimizə qarşı hər iki matçda 90 dəqiqə meydanda olub. Həminvaxt ilk matçı 2:1 hesabı ilə qazanan "Qarabağ" cavab görüşündə iki cavabsız qolla yenilərək Avropa Liqasına düşmüşdü - 0:2.
Fanat.az