2016/17 mövsümündə Premyer Liqanın sponsoru müəyyənləşib. Fanat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Ramin bəy bildirib ki, "Topaz" yenə çempionatın ad hüququna sahib olacaq: "Sağ olsun "Topaz” rəhbərliyi, bu il də çempionatımıza sponsorluq edəcək".
Musayev çempionat oyunlarının keçiriləcəyi topla bağlı da məlumat verib: "Bu il çempionatımızda "Adidas” firmasının "Beje” toplarından istifadə olunacaq. Bunu da gətirdik ki, klublara kömək olsun, hamısı eyni toplarla oynasın. Satışdan 50 faiz ucuz olacaq".
Fanat.az