Premyer Liqanın qalibi müəyyənləşdi

Premyer Liqanın qalibi müəyyənləşdi
Rusiya Premyer Liqasında çempion müəyyənləşib.
 
Fanat.Az xəbər verir ki, Premyer Liqanın 39-cu turunda "Lokomotiv" doğma meydanda "Zenit"lə qarşılaşıb. Moskvada baş tutan görüşdə meydan sahibləri 87-ci dəqiqədə portuqaliyalı Ederin vurduğu qolla qələbə qazanıb.
 
Bu qələbədən sonra "Lokomotiv" çempionatın bitməsinə bir həftə qalmış xallarını 60-a yüksəldərək çempionluğunu rəsmiləşdirib. İkinci pillədə 56 xalla "Spartak" qərarlaşıb. 
 
"Dəmiryolçular" 2002 və 2004-cü ildən bəri 3-cü dəfə çempionluğunu təmin edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər