Premyer Liqanın oyunları təxirə salındı

Premyer Liqanın oyunları təxirə salındı

İngiltərə Premyer Liqasının mətbuat xidməti İngiltərə çempionatında 7-ci turun oyunlarının təxirə salındığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, qərar Böyük Britaniya kraliçası II Yelizavetanın ölümü ilə bağlıdır.

"Əlahəzrət Kraliça II Yelizavetaya hörmət əlaməti olaraq, Premyer Liqanın növbəti turunun oyunları təxirə salınacaq", - bəyanatda deyilir.

II Yelizaveta dünən vəfat edib. Əvvəlcə monarxın səhhətinin kəskin pisləşməsi ilə bağlı məlumatlar ortaya çıxdı və tezliklə onun həyatının 97-ci ilində vəfat etdiyi məlum oldu. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər