Sentyabrın 12-dən 13-nə keçən cəbhədə düşmən tərəfinin təxribatı nəticəsində həlak olan şəhidlərimizin xatirəsi Azərbaycan I Divizionunun 4-cü turunun və Misli Premyer Liqasının 7-ci turunun oyunlarında yad ediləcək.
Bu barədə Fanat.Az-a Peşəkar Futbol Liqasının Media və Marketinq direktoru Sənan Abdullayev məlumat verib.
"Azərbaycan I Divizionunun 4-cü turunun və Misli Premyer Liqasının 7-ci turunun oyunlarında 1 dəqiqəlik sükutun elan olunması barədə qərar qəbul olunub.
Premyer liqada əcnəbilərin də çıxış etdiyini nəzərə alaraq daha bir addım atılacaq. Bütün oyunlarda komandaların salamlaşmasından sonra futbolçuların mərkəz dairədə 1 dəqiqəlik sükuta gedən zaman diktorlar aşağıdakı mətni Azərbaycan və ingilis dillərində səsləndirəcəklər:
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində Azərbaycan ordusunun 50 hərbi qulluqçusu şəhid olub.
Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Allah rəhmət eləsin".
Mirağa