Premyer Liqanın liderləri üz-üzə

Premyer Liqanın liderləri üz-üzə

Mövsümün ikinci yarısına Azərbaycanda hazırlaşan "Qarabağ" bu gün sınaq matçına çıxacaq. 

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun komandası ən yaxın izləyicisi "Zirə" ilə qüvvəsini sınayacaq.

Premyer Liqa təmsilçilərinin dueli saat 15:00-da başlayacaq və "Azersun Arena"da baş tutacaq.

Qurban Qurbanovun yetirmələri ilk yoxlama oyunununda “Qarabağ-2” ilə üz-üzə gəlib və 7:2 hesabı ilə qalib gəlib. "Zirə" isə ilk sınaq matçında "Araz-Naxçıvan"ı 2:1 yenib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər