Premyer Liqanın iki klubuna qarşı ittiham - Xalları azaldıla bilər 

Premyer Liqanın iki klubuna qarşı ittiham - Xalları azaldıla bilər 

İngiltərə Premyer Liqasının iki klubu maliyyə "fair play" qaydalarını pozmaqda ittiham edilir.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Söhbət "Everton" və "Nottingem Forest"dən gedir. Hər iki klubun gəlirlilik və davamlı inkişaf qaydalarını pozmaqda şübhəli bilindiyi bildirilir. Günahları sübuta yetiriləcəyi təqdirdə hər ikisi Premyer Liqadakı xallarının silinməsi ilə üzləşəcək. 

Qeyd edək ki, "Everton" bu mövsüm ikinci dəfə maliyyə "fair play" qaydalarını pozmaqda şübhəli bilinir. Noyabr ayında Liperpul təmsilçisinin on xalı silinib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər