Premyer Liqanın formatı dəyişdiriləcək

Premyer Liqanın formatı dəyişdiriləcək

Gələn mövsüm Ukrayna Premyer Liqasında "pley-off" sistemi tətbiq olunacaq.

Bu barədə Liqanın prezidenti Vladimir Geninson Kiyevdə klub rəsmiləri ilə görüş zamanı açıqlama verib. O bildirib ki, yeni format aprelin 26-dək qəbul olunacaq: "12 komandanın iştirakı ilə 4 dövrədən ibarət çempionat keçirəcəyik. 2 mərhələnin hər biri 2 dövrəli olacaq. Hazırkı mövsümlə müqayisədə əsas fərq "pley-off" sistemidir. Bizə iki gün vaxt verin ki, qərarımızı rəsmən açıqlayaq".

Qeyd edək ki, hazırda Ukrayna Premyer Liqasında Azərbaycan yığmasının futbolçularından Dmitri Nağıyev "Dnepr"də, Pavel Paşayev isə "Stal"da çıxış edir. ("Report")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər