Topaz Premyer Liqasının ilk iki dövrəsinin 56 oyununda 14 qapıçı meydana çıxıb. Fanat.Az xəbər verir ki, ən çox qapıçının xidmətindən "Qarabağ" və "Neftçi" istifadə edib - 3. "Neftçi"də Maksim Vaylo cəmi 45 dəqiqə oynayıb və 3 qol buraxıb.
Ən yaxşı göstərici "Qarabağ"dan Şahruddin Məhəmmədəliyevə məxsusdu. O, meydana çıxdığı 4 matçdakı 360 dəqiqədə qapını toxunulmaz saxlayıb. Amma Qurban Qurbanov gənc qolkiperə bundan artıq şans verməyib. Elə yüksək göstərici onun növbəti oyunlarda meydana çıxmaması ilə bağlıdı. "İnter"dən isə Orxan Sadıqlı cəmi bir oyunda meydana çıxıb və qapısını toxunulmaz saxlayıb.
Mütəmadi olaraq oynayanlardan ən yaxşı göstərici "Qəbələ"dən Dmitri Bezotosnı və "Qarabağ"dan İbrahim Sehiçə məxsusdu. Onlar orta hesabla 180 dəqiqədənbir qol buraxıblar. Amma Bezotosnı bu göstəriciyə 14 oyunda 1260 dəqiqə oynamaqla nail olub. Şehiç isə 8 oyunda meydana çıxıb və 720 dəqiqə oynayıb.
Ən zəif göstərici "Neftçi"dən Maksim Vayloya məxsusdu. O, meydanda olduğu hər 15 dəqiqədə qapısında qol görüb.
| № | Qapıçı (klub) | Oyun | Dəqiqə | Qol | Orta hesabla |
| 1 | Ş.Məhəmmədəliyev (Qarabağ) | 4 | 360 | 0 | 360+ |
| 2 | Dmitri Bezotosnı (Qəbələ) | 14 | 1260 | 7 | 180 |
| 3 | İbrahim Sehiç (Qarabağ) | 8 | 720 | 4 | 180 |
| 4 | Tadas Simaitis (Kəpəz) | 14 | 1260 | 13 | 99.9 |
| 5 | Səlahət Ağayev (İnter) | 13 | 1170 | 12 | 97.5 |
| 6 | Orxan Sadıqlı (İnter) | 1 | 90 | 0 | 90+ |
| 7 | Boyan Şaranov (Qarabağ) | 2 | 180 | 2 | 90 |
| 8 | Anar Nəzirov (Zirə) | 14 | 1260 | 15 | 84 |
| 9 | Fərhad Vəliyev (Sumqayıt) | 14 | 1260 | 18 | 70 |
| 10 | Aqil Məmmədov (AZAL) | 12 | 1080 | 19 | 56.8 |
| 11 | Krşevan Santini (Neftçi) | 8 | 675 | 15 | 45 |
| 12 | Boban Baykoviç (Neftçi) | 6 | 540 | 12 | 45 |
| 13 | Rəşad Əzizli (AZAL) | 2 | 180 | 6 | 30 |
| 14 | Maksim Vaylo (Neftçi) | 1 | 45 | 3 | 15 |
Fanat.Az