İngiltərə Premyer Liqasında 2017/18 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Premyer Liqanın rəsmi saytı tərəfindən keçirilən sorğuda "Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola birinci olub. 47 yaşlı ispaniyalı mütəxəssis Yurgen Kloppu ("Liverpul”), Şon Dayçı ("Börnli”), Roy Hocsonu ("Kristal Pelas”), Rafael Benitesi ("Nyukasl”) və Kris Hyutonu ("Brayton”) geridə qoyub.
Qeyd edək ki, Qvardiolanın rəhbərliyi altında "Mançester Siti” Premyer Liqa tarixində ilk dəfə 100 xal toplayaraq çempion olub. "Şəhərlilər” ən yaxın izləyiciləri "Mançester Yunayted”i 19 xal qabaqlayıblar.
Fanat.Az